Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib
15.05.2025 - 08:15

"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya klubundakı debüt mövsümündə La Liqada qolların sayına görə rekord qırıb.
Apasport.az xəbər verir ki, fransalı La Liqanın 36-cı turunda "Malyorka"ya qarşı matçda fərqlənib.
Beləliklə o, La Liqanın cari mövsümündə qollarının sayını 28-ə çatdırıb.
Bundan öncə rekordun sahibi 1953/54 mövsümündə 27 dəfə toru silkələyən Alfredo Di Stefano idi.
Qeyd edək ki, Kilian Mbappe ötən yay azad agent kimi "kral klubu"na keçib.
0
0