Mbappe tarixə düşüb
12.05.2025 - 08:15
Mbappe tarixə düşüb

İspaniya çempionatında 35-ci turun oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, “Barselona” doğma azarkeşləri önündə “Real Madrid”i məğlub edib - 4:3.

"Real Madrid"in heyətində Kilian Mbappe het-trik edib.

Bu, XXI əsrdə "Real Madrid" oyunçusu üçün "El-Klassiko"da ilk het-trik kimi tarixə düşüb.

Daha əvvəl "Real"da "El Klasiko"larda bir görüşdə üç qol vuran futbolçu 1995-ci ilin yanvarında çilili forvard İvan Zamorano olub.

Qeyd edək ki, mövsümün bitməsinə 3 tur qalmış Kataloniya təmsilçisi ən yaxın rəqibi "Real"ı 7 xal qabaqlayaraq turnir cədvəlinin birinci pilləsində möhkəmlənib.