Messi ayın ən yaxşısı seçildi
06.06.2025 - 00:24

Lionel Messi MLS-də may ayının ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, "İnter Mayami"nin 37 yaşlı hücumçusu ABŞ və Kanadanın ən yüksək liqasında keçirilən səsvermədə bu ada layiq görülüb.
Qeyd edək ki, keçən ay argentinalı MLS-də 7 oyunda çıxış edib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.
0
0