Messi daha 1 il ABŞ klubunda qalacaq
11.04.2025 - 23:57
Messi daha 1 il ABŞ klubunda qalacaq

"İnter Mayami" ulduz futbolçusu Lionel Messi ilə müqavilə yeniləyəcək.

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub argentinalı ilə 2025-ci ildə bitəcək olan sözləşməsini 1 il artıracaq.

Mənbənin məlumatına görə, Messi bu təklifə müsbət yanaşır.

Xatırladaq ki, 37 yaşlı vinger 2023-cü ildən "İnter Mayami"nin şərəfini qoruyur.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm iştirak etdiyi 9 rəsmi matçda 8 qol, 3 assistlə yadda qalıb.