Messi Ronaldinyonu ötdü
25.05.2025 - 16:42
Messi Ronaldinyonu ötdü

"İnter Mayami"nin hücumçusu Lionel Messi yeni uğura imza atıb. 

Apasport.az xəbər verir ki, 37 yaşlı forvard cərimə zərbələrindən vurduğu qolların sayına görə "Barselona"nın sabiq futbolçusu Ronaldinyonu geridə qoyub.

O, MLS-in 15-ci turunda "Filadelfiya Union"la matçda (3:3) cərimə zərbəsindən gözəl qol vurub. Bu qol argentinalı futbolçunun cərimə zərbəsindən 67-ci qolu olub.

Messi futbol tarixində cərimə zərbəsindən ən çox qol vuran oyunçulardan biridir. O, Ronaldinyonu geridə qoyaraq 3-cü pilləyə yüksəkib. Yalnız Braziliya millisinin sabiq hücumçusu Pele (70) və “Lion”un keçmiş yarımmüdafiəçisi Juninyo Pernambukano (77) daha yaxşı nəticəyə malikdir.