Messidən avtoqraf alan hakim cəzalandırıldı
25.02.2025 - 10:58

KONKAKAF Çempionlar Liqasında keçirilən “İnter Mayami” – “Kanzas-Siti” oyununu idarə edən baş hakim Marko Ortis cəzalandırıb.
Apasport.az xəbər verir ki, referi görüşdən sonra Messiyə yaxınlaşaraq, ondan avtoqraf istəyib.
Hakimin bu davranışı qaydalara uyğun gəlmədiyi üçün KONKAKAF bayrağı altında keçirilən futbol yarışlarından 6 aylıq kənarlaşdırılıb.
Qeyd edək ki, “İnter Mayami” “Kanzas-Siti”ni məğlub edib – 1:0.
0
0