"Milan" A Seriyasının bombardiri uğrunda "Yuventus"la yarışacaq
06.06.2025 - 13:48
"Milan" A Seriyasının bombardiri uğrunda "Yuventus"la yarışacaq

"Atalanta"nın hücumçusu Mateo Reteqi İtaliyanın daha bir top-klubunun marağına səbəb olub.

Apasport.az xəbər verir ki, "Milan" da 26 yaşlı futbolçu ilə maraqlanır.

Mateo Reteqi 25 qolla başa çatan mövsümdə A Seriyasının bombardiri olub.

İtalyan forvardın dəyəri 45 milyon avro olaraq qiymətləndirilib. 

Qeyd edək ki, İtaliya klublarından "Yuventus" da futbolçu ilə maraqlanır.