“Milan”da Sarri səsləri
21.02.2025 - 18:24
“Milan”da Sarri səsləri

"Milan"da ayrılıq yaşana bilər.

Apasport.az xəbər verir ki, klub baş məşqçisi Serjio Konseysanu istefaya göndərməyi düşünür.

İtaliya təmsilçisi artıq ona əvəzləyici də tapıb.

"Rossenyerilər" Mauritsio Sarrinin xidmətində maraqlıdır. "Milan" yayda onu komandanın baş məşqçisi postuna gətirmək istəyir.

Qeyd edək ki, klub "Feyenoord"a uduzaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.