"Milan"da yeni baş məşqçi - RƏSMİ
25.02.2025 - 18:53

"Milan"ın əvəzedici komandasının yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, bu posta Massimo Oddo təyin olunub.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Mütəxəssis bu vəzifədə Daniele Boneranı əvəzləyib. Çalışdırıcı ötən günlərdə istefaya göndərilib.
Qeyd edək ki, Oddo 2007-12-ci illərdə "Milan"ın şərəfini qoruyub.
0
0