“Milan”ın yeni transfer hədəfi
27.03.2025 - 16:44

"Milan" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, klub "Verona"nın mərkəz müdafiəçisi Dieqo Koppola ilə yaxından maraqlanır.
"Rossonyerilər" 20 yaşlı futbolçu üçün artıq hərəkətə keçib. İki həftə əvvəl Milan təmsilçisinin skautları “Verona”nın “Udineze” ilə oyununu stadiondan canlı izləyib.
Qeyd edək ki, italiyalı futbolçu 2022-ci il yanvarın 1-dən “Verona”da çıxış edir.
0
0