Millidə zədələndi - "Yunayted"lə matçı qaçıracaq
10.09.2025 - 17:24
Millidə zədələndi - "Yunayted"lə matçı qaçıracaq

"Mançester Siti"nin futbolçusu Omar Marmuş sıradan çıxıb.

Apasport.az xəbər verir ki, 26 yaşlı forvard Misir milli komandasının heyətində dizindən zədələnib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hücumçu sentyabrın 14-də "Mançester Yunayted"lə keçiriləcək matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Omar Marmuş bu mövsüm "Siti"nin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 assistlə yadda qalıb.