Modriç “Real”dan ayrıldı – İtaliyada oynayacaq
10.07.2025 - 16:28
2012-ci ildən bu yana “Real Madrid”in formasını geyinən Luka Modriçin yeni klubu müəyyənləşib.
Apasport.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək.
A Seriyasının nəhəng klublarından “Milan” Xorvatiya millisinin təcrübəli üzvü ilə bir illik müqavilə üçün razılıq əldə edib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Modriç “Real Madrid”in heyətində 597 rəsmi oyuna çıxaraq 43 qol və 95 assistlə yadda qalıb. O, Madrid təmsilçisi ilə 27 kubok qazanıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0