“Monako” “Barsa”nın futbolçusu ilə maraqlanır
24.05.2025 - 18:25
“Monako” “Barsa”nın futbolçusu ilə maraqlanır

İspaniya La Liqası təmsilçilərindən “Barselona”nın futbolçusu Ansu Fati karyerasını Fransada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Monako” 22 yaşlı vingerlə yaxından maraqlanır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, kataloniyalılar ispaniyalı futbolçunu satmağa hazırdır.

“Monako” isə oyunçunu satınalma hüququ ilə birlikdə icarəyə götürmək istəyir.

Qeyd edək ki, Fati bu mövsüm La Liqa təmsilçisinin heyətində 11 oyunda meydana çıxıb.