Moratanı ölümlə hədələyən azarkeş saxlanılıb
25.06.2025 - 10:32
Moratanı ölümlə hədələyən azarkeş saxlanılıb

İspaniya millisinin və "Qalatasaray"ın hücumçusu Alvaro Moratanı hədələyən azarkeş saxlanılıb. 

Apasport.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Mənbənin sözlərinə görə, şübhəli şəxsin 19 yaşı var. O, Millətlər Liqasının finalında Portuqaliya ilə oyundan sonrakı penalti seriyasında şansını boşa verən forvardı sosial şəbəkədə ölümlə hədələyib, təhdidlərlə futbolçunun ailəsini narahat edib.

Şübhəli şəxs özü polisə müraciət edərək hesabının oğurlandığını bildirib. Lakin istintaq zamanı onun ifadəsində uyğunsuzluqlar aşkarlanıb.

Qeyd edək ki, 32 yaşlı Morata İspaniya millisinin kapitanıdı. Komanda ilə birlikdə 2024-cü ildə Avropa çempionu olub.