Mourinyo cəzalandırılmadı, "Qalatasaray"ın qapıçısı isə..
14.03.2025 - 11:38
Mourinyo cəzalandırılmadı, "Qalatasaray"ın qapıçısı isə..

Türkiyə Futbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Komitəsinin (PFDK) qərarları açıqlanıb.

Apasport.az xəbər verir ki, "Qalatasaray"ın qapıçısı Günay Güvençə 1 oyunluq cəza verilib. Buna futbolçunun "Alanyaspor"la matçda "idmançıya yaraşmayan hərəkət"i səbəb olub. 

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo isə cəzasız qalıb. 

Xatırladaq ki, Mourinyo 6 mart 2025-ci il tarixində mətbuata verdiyi açıqlamalarda futbolun və qurumların nüfuzuna xələl gətirmək məqsədi daşıyan açıqlamalarına görə PFDK-ya cəlb olunmuşdu.