Mourinyo istədi, "Fənər" aldı - Şkriniar İstanbula gəlir
07.07.2025 - 12:33
Mourinyo istədi, "Fənər" aldı - Şkriniar İstanbula gəlir

Con Duranı heyətinə qatan “Fənərbaxça” daha bir transferini reallaşdırmaq üzrədir.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” ötən mövsümün ikinci yarısını icarə əsasında komandada keçirmiş Milan Şkrinyarı heyətinə qatmağa çox yaxındır.

İstanbul təmsilçisi bu keçid üçün futbolçunun məxsus olduğu klub – PSJ-yə bonuslarla birlikdə 12 milyon avro ödəyəcək.

“Fənər”lə üç illik razılaşma əldə edən 30 yaşlı müdafiəçi illik 9 milyon avro məvacib qazanacaq.

Qeyd edək ki, Slovakiya millisinin üzvü olan Şkrinyarla ötən mövsüm A Seriyasının çempionu “Napoli” də yaxından maraqlanırdı.