
"Arsenal"ın müdafiəçisi Yakub Kiver növbəti dəfə "Napoli"nin marağına səbəb olub.
Apasport.az xəbər verir ki, İtaliya klubu ötən il polşalı futbolçunun transferində maraqlı olsa da, müqavilə baş tutmayıb.
"Napoli" Kiverlə maraqlanmağa davam edir və onu yay transfer pəncərəsində almaq üçün yeni addım atmağı planlaşdırır.
“Topçular” yaxşı təklif gələrsə, futbolçu ilə ayrılmağa hazırdır.
Yakub bu mövsüm Mikel Artetanın komandasının heyətində 17 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.
"Transfermarkt"ın məlumatına görə, 25 yaşlı mərkəz müdafiəçisinin qiyməti 22 milyon avro olaraq qiymətləndirilir.