Neymar “Əl Hilal”dan 65 milyon dollar tələb edir
21.01.2025 - 16:38
Braziliyalı futbolçu Neymar “Əl Hilal”la yollarını ayırmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Hücumçu Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləni ləğv etmək və “Santos”a keçmək istəyir.
Neymar “Əl Hilal”dan təzminat olaraq 65 milyon dollar tələb edir.
Qeyd edək ki, braziliyalı vinger 2023-cü ilin avqust ayında PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçmişdi.
0
0