Neymar əməliyyat olunub
23.12.2025 - 17:17
Neymar əməliyyat olunub

“Santos”un hücumçusu Neymar əməliyyat olunub.

Apasport.az xəbər verir ki, 33 yaşlı futbolçu sol dizindəki menisk zədəsinə görə əməliyyat edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymarın bərpa müddəti açıqlanmayıb.

Braziliyalı futbolçu bu mövsüm 28 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.