Neymar: "O, mənim kumirimdir"
25.02.2025 - 12:53

“Santos”un hücumçusu Neymar futbol tarixinin ən yaxşısının adını açıqlayıb.
Apasport.az xəbər verir ki, braziliyalı hücumçu sabiq komanda yoldaşı Lionel Messini fərqləndirib:
“Mən Messi ilə birgə oynamışam. O, mənim üçün bütün dövrlərin ən yaxşısıdır. Həm də mənim kumirimdir. Məşqlərimiz zamanı həmişə ondan öyrənmişəm, ya onunla oynayaraq, ya sadəcə onu izləyərək. Bu, məni daha da güclü etdi və meydandakı çıxışımı daha da yaxşılaşdırdı”.
Qeyd edək ki, Neymar və Messi “Barselona” və PSJ-də birgə çıxış ediblər.
0
0