"Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti
25.02.2025 - 13:48
"Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti

"Santos"un prezidenti Marselo Teyşeyra Neymarın komandadakı gələcəyi ilə bağlı danışıb.

Apasport.az xəbər verir ki, o, bu barədə ESPN nəşrinə açıqlama verib: 

"Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb. Hər şey yaxşı olarsa, əməkdaşlığımızı 2026-cı ildə keçiriləcək dünya çempionatına qədər davam etdirəcəyik".

Qeyd edək ki, Neymar bu qış Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan ayrılaraq vətəninə qayıtmışdı. 33 yaşlı braziliyalı artıq "Santos" forması ilə 6 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.