"Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
24.06.2025 - 17:18
"Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu

Ötən mövsüm Premyer Liqanın sürpriz komandası sayılan "Nottingem Forest" transfer çalışmalarına başlayıb.
 
Apasport.az xəbər verir ki, klub "Yuventus"un iki futbolçusu ilə danışıqlar aparır.

Premyer Liqa təmsilçisi turinlilərdən Timoti Vea və Simo Mbanqulanı heyətinə qatmaq istəyir.

Hücumçuların hər ikisi keçidə müsbət yanaşır. Lakin tərəflər arasında razılıq əldə olunmayıb.

Klublar hələ ki, keçidin maliyyə detallarını müzakirə etməyiblər. İngiltərə təmsilçisi "qoca sinyora"dan cavab gözləyir.

Qeyd edək ki, futbolçuların "Yuventus"la müqavilələri 2028-ci ilin yayında başa çatır.