Oçoanın yeni komandası bəlli olub
12.09.2025 - 11:25
Oçoanın yeni komandası bəlli olub

Meksika millisinin qolkiperi Gilyermo Oçoa karyerasını Kiprdə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 40 yaşlı oyunçu AEL-lə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı qapıçı ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Oçoa karyerası ərzində "Malaqa", "Qranada", "Standart Liej", "Amerika" və "Salernitana" kimi komandaların şərəfini qoruyub. Təcrübəli qolkiper Meksika millisinin heyətində indiyədək 152 matçda iştirak edib.