Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
21.10.2025 - 17:52
Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"

"Qalatasaray"ın futbolçusu Vilfred Sinqo daha 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. 

Apasport.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Bodo-Qlimt"lə oyundan öncə keçirilən mətbuat konfransında məlumat verib:

"Sinqonun ən azı iki həftəsi daha var. Biz onu çox erkən oynadaraq risk etmək istəmirik. Görünür, onun sağalması üçün ən azı iki həftə lazımdır". 

Qeyd edək ki, Sinqo Super Liqanın 8-ci həftəsində keçirilən "Beşiktaş" derbisində sol bud nahiyəsindən zədə almışdı.