Ostervolde qərarını verdi - "Fənər"lə müqavilə yenilədi
08.07.2025 - 13:10
Türkiyə Super Liqası təmsilçilərindən "Fənərbaxça" Ceyden Ostervolde ilə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə "sarı-lacivərdlilər"in mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, niderlandlı sol cinah müdafiəçisi 2028-ci ilin yayına kimi bu klubun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ostervolde 2023-cü ilin yanvarında İtaliyanın “Parma” klubundan 6 milyon avro qarşılığında transfer olunub. O, İstanbul təmsilçisi ilə çıxış etdiyi 62 rəsmi matçda 2 qolla yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0