Palmer qərarını verdi: "Çelsi"də qalacaq?
28.04.2025 - 13:29

Premyer Liqa nəhənglərindən "Çelsi"nin futbolçusu Koul Palmer gələcək karyerası ilə bağlı qərar verib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, Palmer London klubundan ayrılmaq istəmir.
Koul əvvəlki formasını bərpa etmək və "Çelsi"də oynamağa davam etməkdə qərarlıdır.
Yarımmüdafiəçinin "mavilər"lə hazırkı müqaviləsi 2033-cü ilin ortalarına qədərdir. Onun bazar dəyəri 130 milyon avrodur.
Qeyd edək ki, Palmer bu mövsüm 39 oyun keçirib, 14 qol vurub və 9 məhsuldar ötürmə edib.
- Titulun sahibi kim olacaq? - "Trabzonspor" "Barselona"ya qarşı - YENİLƏNİR
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
- Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb
- Okan Buruk Türkiyə futbolu tarixinə düşüb
- Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər
0
0