Premyer Liqa: "Arsenal"dan kritik xal itkisi, "Çelsi"dən darmadağın
09.11.2025 - 02:20
Premyer Liqa: "Arsenal"dan kritik xal itkisi, "Çelsi"dən darmadağın

İngiltərə Premyer Liqasında bu gün keçirilən oyunlarda maraqlı nəticələr qeydə alınıb.

Apasport.az xəbər verir ki, “Tottenhem” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb və görüş 2:2 hesabı ilə başa çatıb. Hər iki komanda matç boyu üstünlük qazanmağa çalışsa da, sonda xalları bölüşməli olublar.

Digər oyunda “Everton” evdə “Fulhem” üzərində inamlı qələbə qazanıb – 2:0. “Vest Hem” isə gərgin keçən matçda “Bernli”ni 3:2 hesabı ilə məğlub edib.

“Sanderlend” “Arsenal”la üz-üzə gəlib. Qarşılaşma məhsuldar heç-heçə ilə yekunlaşıb. 

"Çelsi" isə evdə "Vulverhempton"u darmadağın edib - 3:0. 

İngiltərə Premyer Liqası

XI tur

"Tottenhem" – "Mançester Yunayted" 2:2
"Everton" – "Fulhem" 2:0
"Vest Hem" – "Bernli" 3:2
"Sanderlend" – "Arsenal" 2:2

"Çelsi" - "Vulverhempton" 3:0