Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted"in üzvü Viktor Lindelöf karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, isveçli mərkəz müdafiəçisinin Premyer Liqada qalmaq ehtimalı yüksəkdir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Vest Hem" və "Everton" 30 yaşlı futbolçu ilə yaxından maraqlıdır.
Hər iki klub yayda azad agent statusunda olacaq təcrübəli müdafiəçi ilə danışqlara başlamağa hazırlaşır.
Xatırladaq ki, "qırmızı şeytanlar" Viktor Lindelöfü 2017-ci ilin yayında "Benfika"dan transfer edib.
Qeyd edək ki, İsveç millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 14 rəsmi matçda iştirak edib.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu