Premyer Liqa klubu Çempionşipə düşdü - 11 futbolçu ilə yollar ayrıldı
28.05.2025 - 01:38
Premyer Liqa klubu Çempionşipə düşdü - 11 futbolçu ilə yollar ayrıldı

İngiltərə Premyer Liqasından aşağı diviziona düşən "Lester Siti" 11 futbolçu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ceymi Vardi, Daniek Lennei və Denni Uordun müqaviləsi mövsümün sonunda başa çatıb. Daha 8 futbolçu - Oliver Yuinq, Harvi-Qodsmark-Ford, Ben Qrist, Denis Hiill, Liem Makelinni, Arcan Raykhi, Cozef Uormleytin və Bred Yanq isə qarşılıqlı şəkildə razılaşma əsasında "Lester"i tərk ediblər.

Qeyd edək ki, "tülkülər" 2024/2205 mövsümünü 25 xalla 18-ci pillədə başa vurublar. Komanda növbəti mövsümdə Çempionşipdə mübarizə aparacaq.