Premyer Liqada yeni ANTİREKORD
07.04.2025 - 01:52
Premyer Liqada yeni ANTİREKORD

İngiltərə Premyer Liqasının XXXI turu çərçivəsində “Sauthempton” səfərdə “Tottenhem”ə 1:3 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, qonaqlar mövsümün bitməsinə 7 həftə qalmış Premyer Liqada qalmaq şansını itiriblər və bu, çempionat tarixində yeni antirekorddur.

Qeyd esək ki, bundan əvvəlki antirekord 2007/08 mövsümündə “Derbi Kaunti”yə məxsus idi. Onlar mövsümün bitməsinə 6 həftə qalmış Premyer Liqadan aşağı düşməyi təmin etmişdilər.