Premyer Liqadan La Liqaya - RƏSMİ
05.08.2025 - 09:58
İspaniya La Liqa təmsilçisi "Real Sosyedad" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Vulverhempton"da çıxış edən Qonsalo Qedeşi transfer edib.
Bu barədə bask klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. "Sosyedad" bu keçid üçün qarşı tərəfə 4 milyon avro ödəyib.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü olan Qedeş ötən mövsüm "Vulverhempton"da çıxış etdiyi 33 rəsmi matçda 5 qol və 5 assistlə yadda qalıb.
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
- “Çelsi”dən Osimhen bombası – 130 milyon avro hazırdır
- Şenol Güneşdən “Beşiktaş” açıqlaması – “Sevgini itirmək istəmirəm”
0
0