PSJ "Fənərbaxça"dan 20 milyon istəyir
03.06.2025 - 16:55
PSJ "Fənərbaxça"dan 20 milyon istəyir

"Fənərbaxça" Milan Şkrinyarı heyətində saxlamaq üçün PSJ ilə danışıqları davam edir.

Apasport.az xəbər verir ki, Fransa mətbuatı PSJ-nin Milan Skrinyar üçün "Fənərbaxça"dan istədiyi transfer haqqını açıqlayıb. 

İddialara əsasən, PSJ-nin Şkrinyar üçün transfer tələbi 20 milyon avrodur.

Paris təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi olan təcrübəli futbolçunun transferi üçün danışıqlar mərhələsi davam edir.

"Fənərbaxça"nın heyətində 23 matçda forma geyinən slovakiyalı müdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.