Pulişiç Avstraliya ilə oyunu buraxacaq - Son dəqiqə
19.06.2026 - 21:41
ABŞ millisinin futbolçusu Kristian Pulişiç DÇ-2026-da Avstraliya ilə matçda forma geyinməyəcək.
Apasport.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Maurisio Poçettino açıqlayıb.
Mütəxəssis bildirib ki, 27 yaşlı yarımmüdafiəçi baldır nahiyəsindəki zədə səbəbindən qarşıdakı görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, D qrupunun II turu çərçivəsində keçiriləcək ABŞ-Avstraliya matçı bu gün saat 23:00-da start götürəcək.
0
0