
Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Fernando Musleraya əvəzləyici axtarır.
Apasport.az xəbər verir ki, İstanbul nəhəngi axtardığı qolkiperi Rumıniyada tapıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Qalatasaray" FKSB-da çıxış edən Ştefan Tarnovanu ilə maraqlanır. "Sarı-qırmızılar" yayda 24 yaşlı oyunçu üçün onun klubu ilə danışıqlara başlayacaq.
Xatırladaq ki, FKSB Stefan Ștefan Târnovanunu 2020-ci ildə "Politexnika"dan transfer edib.
Qeyd edək ki, Rumıniya millisinin üzvü bu mövsüm Buxarest təmsilçisinin heyətində 50 rəsmi matçda meydana çıxıb.