"Qalatasaray" - "Fənərbaxça" derbisini bu hakim idarə edəcək - Rəsmi
20.02.2025 - 12:02
"Qalatasaray" - "Fənərbaxça" derbisini bu hakim idarə edəcək - Rəsmi

Super Liqasının XXV turunda Türkiyə "Qalatasaray" - "Fənərbaxça" oyununu idarə edəcək.

Apasport.az  xəbər verir ki, bu barədə TFF məlumat verir.

"Qalatasaray" - "Fənərbaxça" derbisi sloveniyalı referi Slavko Vinçiçə tapşırılıb.

Vinçiç daha əvvəl "Qalatasaray" və "Fənərbaxça"nın oyunlarını idarə edib? 

Vinçiç 2018-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində "Fənərbaxça" - "Benfika" (1:1) matçını idarə etmişdi. Sloveniya 2019-cu ildə Çempionlar Liqasının ilk həftəsinin "Brügge" - "Qalatasaray" (0:0) matçında start fitini səsləndirmişdi.