“Qəbələ” üçün son şans - YENİLƏNİR
21.05.2026 - 09:16
Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu – XXXIII turuna start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
“Qəbələ” öz azarkeşləri önündə “Şamaxı”nı qəbul edəcək.
Meydan sahibləri hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Kaxaber Tsxadadzenin yetirmələri 27 xalla 10-cu sırada olan “Kəpəz”lə fərqi aradan qaldırmaq üçün qələbə qazanmağa çalışacaq.
Misli Premyer Liqası
XXXIII tur
18:30. "Qəbələ" – "Şamaxı"
Qəbələ şəhər stadionu
0
0