"Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb
06.05.2025 - 13:52
"Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb

“Qalatasaray” Kaan Ayhanla yeni müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Sarı-qırmızılar" futbolçunun 2026-cı ildə başa çatmalı olan müqaviləsini 1 il uzadıb.

Qeyd edək ki, İstanbul klubu Kaanı 2023-cü ildə “Sassuolo”dan heyətinə cəlb etmişdi.