"Qalatasaray" "Liverpul"un futbolçusunu İstanbula gətirib
26.07.2025 - 19:19
"Qalatasaray" "Liverpul"un futbolçusunu İstanbula gətirib

"Liverpul"un futbolçusu Harvi Elliott karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Qalatasaray" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. 

"Sarı-qırmızılar" danışıqlar aparmaq üçün Elliottu meneceri ilə birlikdə İstanbula gətirib. "Aslanlar" 22 yaşlı oyunçunu icarəyə götürməyi planlaşdırır.

Qeyd edək ki, Harvi Elliottu 2019-cu ilin yayında "Fulhem"in akademiyasından transfer edib. İngiltərə U-21 millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.