"Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı
01.11.2025 - 23:05
"Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı

Türkiyə Super Liqasında XI turun oyunları davam edir. 

Apasport.az xəbər verir ki, bu gün tur çərçivəsində növbəti 2 oyun baş tutub. 

"Göztepe" evdə "Gençlerbirliyi"ni məğlub edib - 1:0. 

"Qalatasaray" - "Trabzonspor" derbisində isə hesab açılmayıb. 

İkinci hissədə meydana çıxan “Trabzonspor”un futbolçusu Buari 90+1-ci dəqiqədə qırmızı vərəqə alıb.