“Qalatasaray”da ayrılıq baş verə bilər
20.03.2025 - 16:31

Türkiyə Super Liqası təmsilçilərindən "Qalatasaray" yayda Kerem Demirbay ilə yollarını ayıra bilər.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
31 yaşlı futbolçu ilə "Samsunspor" yaxından maraqlanır.
Mənbənin məlumatına görə, artıq tərəflər arasında danışıqlar başlayıb.
Xatırladaq ki, yarımmüdafiəçi "Qalatasaray"a 2023-cü ildə "Bayer"dən 3,7 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, Kerem bu mövsüm "cimbom"un heyətində iştirak etdiyi 30 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0