“Qalatasaray”ın rəqibində ciddi itki
16.09.2025 - 18:57
“Qalatasaray”ın rəqibində ciddi itki

"Ayntraxt"ın heyətində ciddi itki baş verib. 

Apasport.az xəbər verir ki, Almaniya klubunun yarımmüdafiəçisi Mario Götze "Qalatasaray"la oyunda iştirak etməyəcək.

Bu barədə "Bild" nəşri məlumat yayıb.

Götze zədəsini yeni sağaltsa da, məşqçilər korpusu risk etmək istəmir. Qarşılaşma sentyabrın 18-də baş tutacaq.

Qeyd edək ki, Götze bu mövsüm "Ayntraxt"ın heyətində 1 rəsmi matçda meydana çıxıb.