"Qalatasaray"ın sabiq futbolçusu həbs olunub - 1 il 8 ay
07.05.2025 - 15:58
"Qalatasaray"ın sabiq futbolçusu həbs olunub - 1 il 8 ay

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan həbs olunub.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Sabiq futbolçu "təqib səviyyəsində sadə cinsi təcavüz"də ittiham olunur.

48 yaşlı keçmiş hücumçuya 1 il 8 ay həbs cəzası verilib. O, məhkəmədən sonra həbsxanaya göndərilib.