
“Qalatasaray”da ayrılıq baş verə bilər.
Apasport.az xəbər verir ki, Qabriel Saranın komandanı tərk etmək ehtimalı yaranıb.
Bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
Yarımmüdafiəçi ilə İngiltərə klublarının yaxından maraqlandığı bildirilir. “Mançester Siti”, “Lids”, “Vulverhempton”, “Everton”, “Nottingem Forest” və “Aston Villa” Saranı transfer etmək niyyətindədir.
Lakin “Qalatasaray”ın Qabrieli satmaq istəmədiyi bildirilir.
“Sarı-qırmızılılar” orta xətt oyunçusu ilə yollarını ayırmağa qərar versə, 40 milyon avro qazanacaq.
Qeyd edək ki, “Qalatasaray” Saranı Norviçdən transfer edib. O, ötən mövsüm 45 matçda 2 qol və 10 assistə imza atıb.