“Qalatasaray”ın yeni transfer hədəfi
24.08.2025 - 16:37
“Qalatasaray”ın yeni transfer hədəfi

"Qalatasaray" heyətini gücləndirmək niyyətindədir.

Apasport.az xəbər verir ki, klub "Barselona"nın yarımmüdafiəçisi Runi Bardqici ilə maraqlanır.

Bu barədə "Mundo Deportivo" nəşri məlunat yayıb.

"Sarı-qırmızılılar" 19 yaşlı futbolçunu 1 illik icarəyə götürmək istəyir.

Kataloniyalılar yeni futbolçuların qeydiyyatı ilə bağlı problemlər yaşadığından futbolçunun İstanbul klubunda oyun praktikası qazanacağını nəzərə alaraq, keçidin əleyhinə deyil.