"Qarabağ"dan ayrıldı - YENİ KLUBU MÜƏYYƏNLƏŞDİ - FOTO
07.08.2025 - 10:17
"Qarabağ"dan ayrıldı - YENİ KLUBU MÜƏYYƏNLƏŞDİ  - FOTO

"Qarabağ"dan ayrılan Yassin Benzianın gələcəyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Fəyha"ya transfer olub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, əlcəzairli futbolçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin iyuluna kimi “Qarabağ”da forma geyinib.