Qarsiyanın "Real"dakı gələcəyi müəyyənləşib
08.07.2025 - 17:57
“Real Madrid” futbolçusu Qonsalo Qarsiya ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi 21 yaşlı hücumçunu satmaq və ya icarəyə vermək niyyətində deyil.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Baş məşqçi Xabi Alonso ispan forvardı növbəti mövsüm komandada saxlamaq istəyir.
Qeyd edək ki, Qarsiyanın "Real"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, Klublararası Dünya Çempionatında çıxış etdiyi 5 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0