Qrinvuda daha bir müştəri
23.03.2024 - 21:56

Meyson Qrinvud İspaniyanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, o, karyerasını A Seriyasında davam etdirə bilər.
Hücumçu “Yuventus”un transfer hədəfinə çevrilib. Futbolçu Maks Alleqrinin 3-5-2 sxemində uyğun forvard kimi görünür.
Qeyd edək ki, Qrinvud “Mançester Yunayted”dən icarə əsasında “Xetafe”də çıxış edir.
0
0