Qvardiola "Barselona"nın ulduzunu almaq istəyir
31.03.2025 - 13:57
Qvardiola "Barselona"nın ulduzunu almaq istəyir

Kataloniya təmsilçilərindən "Barselona"nın ulduzu "Mançester Siti"nin radarına düşüb.

Apasport.az "El Nacional"a istinadla xəbər verir ki, İngiltərənin top klubu ispan yarımmüdafiəçi Pedrini öz sıralarında görmək istəyir.

"Şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola 22 yaşlı həmyerlisinin transferində şəxsən maraqlıdır.

"Siti" rəhbərliyi yarımmüdafiəçi üçün təxminən 100 milyon avro təklif etməyə hazırdır.

İspan futbolçunun "Barselona" ilə müqaviləsi 2030-cu ilin ortalarına qədər nəzərdə tutulub. Onun müqaviləsində bir milyard avro təzminat məbləği mövcuddur.