“Real Madrid”in əfsanəsi baş məşqçi təyin olundu – RƏSMİ
11.11.2026 - 08:00
İspaniyanın “Real Oviedo” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın sükanı arxasına “Real Madrid”in əfsanəvi futbolçusu Raul Qonzales gətirilib. 49 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.
İspaniyalı mütəxəssis bu postda Xulian Kaleronu əvəzləyib.
Qeyd edək ki, Raul Qonzales daha əvvəl “Real Madrid”in aşağı yaş qrupları komandalarını və “Kastilya” komandasını çalışdırıb.
O, yeni klubunda ilk oyununa noyabrın 14-də “Jirona”ya qarşı çıxacaq.
0
0