"Real" rekordunu təkrarladı
01.04.2024 - 09:38
"Real" rekordunu təkrarladı

La Liqanın 30-cu turunda "Real Madrid" doğma meydanda "Atletik Bilbao"nu qəbul edib.

Apaspsort.az xəbər verir ki, Karlo Ançelottinin yetirmələri evdə 2 cavabsız qol vuraraq inamlı qələbə qazanıblar.

Bu nəticə ilə “Real” İspaniya çempionatındakı məğlubiyyətsizlik seriyasını 24 matça çatdırıb. Bu görüşlərdə Los Blankos 18 qələbə qazanıb və 6 dəfə rəqibləri ilə xal bölüşüb.

İspaniya təmsilçisi sonuncu dəfə 1996/1997 mövsümündə Fabio Kapellonun rəhbərliyi altında belə nəticə qazanıb. Komanda həmin vaxt 16 qələbə, 8 heç-heçə əldə edib.

30 turdan sonra "Real" La Liqanın turnir cədvəlinə 75 xalla başçılıq edir. Paytaxt komandası ilə ikinci pillədə qərarlaşan "Barselona" arasındakı fərq 8 xaldır.

0